Sənin Rusiya qarşısında hansı xidmətlərin olub ki, 7 medal almısan?

Seymur VERDİZADƏ

Siyavuş Novruzov sahib olduğu orden və medalları yaxasından asanda, pencəyinin bir tərəfi əyilir. Zarafat deyil, adam bu günə kimi 22 orden-medal alıb. Hamısını bir yerə yığanda, 2 kiloqramdan çox edir. Saat taxmağa belə lüzum görməyən mənim kimi ərincək adamlar yaxasında 2 kiloqram dəmir gəzdirən deputat yoldaşa həsəd aparmalıdırlar…

Əməkdaşımız Siyavuş müəllimin bu orden və medallara necə sahib olduğunu araşdırıb. Məlum olub ki, dövlət təltiflərinə sahib olmaqla yanaşı, o, diplomu 100, medalı 200 manata satan QHT-lərdən də mükafat alıb. Ramanada ət mağazası işlədən qəssab tanışım Firdovsinin də üç-dörd belə medalı var. Dediyinə görə, dananın ciyərini, bəzən də kəsdiyi malın baş-ayağını verərək, bir neçə medal alıb.

Novruzov yoldaşın sahib olduğu medalların adlarıyla tanış olanda təəccüblənməmək mümkün deyil. Yəqin siz də fərqindəsiniz, Siyavuş müəllim sinəsində üç ölkəyə məxsus orden və medal gəzdirir. 1-ci dərəcəli “Vətənə xidmət ordeni”ni Azərbaycanda alıb. Buna sözüm yoxdur, analoji ordeni ondan əvvəl də, sonra da xeyli adam alıb. Sözüm onun sahib olduğu “Vətənə sədaqət ordeni”ylə bağlıdır. YAP-çı deputatı bu ordenlə 14 sentyabr 2016-cı ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov təltif edib. Xidməti isə “ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük töhfə vermək” olub.

Şəxsən mənə maraqlıdır: Rusiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində Siyavuş Novruzovun hansı xidmətləri olub? Axı camaat onu Rusiyaya deyil, Azərbaycan xidmət etmək üçün deputat seçib...

Cənab Novruzovun bioqrafiyası ilə tanış olanda, məlum olur ki, onun nəinki Rusiya, hətta Əfqanıstan dövləti qarşısında da xidmətləri varmış. Məhz bu səbəbdən Əfqanıstan Veteranlarının Rusiya İttifaqı 15 fevral 2017-ci ildə onu “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib. Görünür, Siyavuş müəllimin Əfqanıstanda “naçalnik razvetkanın sədri” olmasını ruslar heç cür unuda bilmirlər. Hərçənd ki, əsgər yoldaşlarından biri bu faktı təkzib edərək, Novruzovun Əfqanıstanda boş su çənlərini doldurmaqla hərbi xidmətini başa vurduğunu deyib...

Şəxsən özüm saymışam, Siyavuş Novruzovun sahib olduğu 22 orden və medalın düz 7-sini Rusiyanın müxtəlif qurumları və bu ölkədə fəaliyyət göstərən QHT-lər onun yaxasından asıb.

Əcəba, Rusiyada azərbaycanlı deputata bu sevgi hardandır? Necə olub ki, rus xalqının dərin hörmət və məhəbbətini qazanan Novruzov bu uzun illər ərzində az da olsa, Azərbaycan xalqının sevgisini qazana bilməyib?

635x100

Şərhlər

Eli 2020-08-31 14:00:58

Bizim jurnalistlerin beziler bir çox hallarda qelem bunların elindedir deye ifrata varıllar.Ay qardaş 30 -35 il bundan qabaq yaşı 50- ni keçmiş ve cavanlaton valideynleri hansı ölkede yaşayıb onun qanunlarına tabe olmuşuq.Belke Seymur be ve ona şerh yazanlar ya onların valideynleri musavaıçı cebheçi ya diger müxalif partiyanın üzvleri olublar.Bir az ciddi ve insaflı olun edaletli olun.

gizli rus şəbəkələri 2020-08-31 13:55:06

Medalı ilə öyünən sirk ustalarının kimliyi bəllidir. Qorxuslusu medalılarını goizlədənlərdirlər. Azərbaycan Xarici İşlər Nazirliyində ruslara çalışan şəbəkələr mövcuddur, anladığımız qədər, yeni nazir də bu şəbəkələrin qarşısında aciz və iradəsiz görsənir.

Mahir Əliyev 2020-08-29 10:40:26

Mozambikdən danışırsınız.

RF 2020-08-27 08:35:05

Satqınçılıqla qazanıb ay qardaşlar o medalları. Tələbə vaxtından o işlə məşğuldu. Tələbələri komendanta satırdı həmişə.

NAC. RAZD.SEDRINE 2020-08-27 01:34:30

KIWIDI BU,KIWIDI BU...VAR ...BU,ERMENI TOYU NECE KECDI

Kələntər 2020-08-27 00:58:37

Bu qəhrəman Əfqanıstanda mücahidlərin eşşəklərini öldürdüyünə görə orden-medallar alıb.

Rüfet 2020-08-26 22:23:09

Seymur bey Allah sizden razı olsun çox sağolun bu gözel yazıya göre

OQTAY 2020-08-26 22:09:48

Yeqi su cenlerinde suya zeher elave ederek,Telibanlari silahsiz,mehv edib...,

Rəsul 2020-08-26 21:05:47

Bizdə məmurların hamısı ruspərəstlərdir. Bunu gizlətmək mümkün deyil

Eko 2020-08-26 19:32:57

Hardasan ay Heyder baba !!! Bu nankorlar adimizi batirir !!

cavab versin 2020-08-26 19:26:39

biz də bilmək istəyirik ki, ruslar bu adama bu medalları nəyin qarşılığında verib?

Eko 2020-08-26 19:12:48

Derd Bôyûk bir derddi .... bele bir adamin arvadi ombudsmandi!!! Aqlamaq lazim ,

vidadi goyce 2020-08-26 18:54:37

kolxoz sedri

Son yazılar