Menu

Qüdrət Həsənquliyev Baş Nazir və nazirə müraciət edib

26.08.2020, 20:00
Qüdrət Həsənquliyev Baş Nazir və nazirə müraciət edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi 14 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 2 mərtəbəli, 12 mənzilli binanın bir qrup sakinini – seçicilərini qəbul edib və onların şikayətinə əsasən, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.

Müraciətdə sözügedən ünvanda yerləşən binanın qəzalı vəziyyətdə olduğu, hər an uçulub-dağıla biləcəyi, bu səbəbdən də sakinlərin həyatı üçün ciddi təhlükənin yarandığı bildirilir. Qeyd olunur ki, ağır nəticələrə səbəb olacaq faciəni önləmək məqsədilə sakinlərin qəzalı binadan təcili köçürülməsi üçün müvafiq qərar qəbul edilməlidir”.

Şərhlər

Hesabdar 2020-08-27 09:06:32

Binanın təmirini Mənzil-Komunal idarəsinə yox, Baş və FH Nazirlərə tapşırır? ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol