Menu

Davos Forumu təxirə salınıb

26.08.2020, 20:24
Davos Forumu təxirə salınıb

Koronavirus pandemiyası ilə əlaqədar Davosda keçiriləcək Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib.

Bu barədə forumun internet səhifəsində məlumat yerləşdirilib. Bildirilib ki, forumun gələn ilin yanvar ayında deyil, yay aylarında keçirilməsi barədə qərar verilib.

Hazırkı şəraitdə dünyanın siyasi liderlərini, aparıcı şirkətlərin rəhbərlərini, ekspert və media mənsublarını bir araya gətirən nüfuzlu beynəlxalq forumun keçirilməsi təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol