Menu

Karantini pozaraq Qəbələyə gedən şəxslər cərimələndi

27.08.2020, 12:40
Karantini pozaraq Qəbələyə gedən şəxslər cərimələndi

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb.

Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Şərhlər

Ruslan 2020-08-27 20:08:31

Qəbələyə gəlmək nə vaxtdan qadağan olunub?Biri rüşvət alıb postdan buraxır,o biri də Qəbələdə tutub cərimə edir.Bu yolla büdcəni doldura bilməyəcəksiniz.

Tacəddin 2020-08-27 15:22:13

Bəs bu şəxslər Qəbələyə qədər necə gəliblər? Göylə uçaraq,yoxa yolda polislərə rüşvət verərək? Bunu bir araşdıra olub?Niyə insanları normal yaşamaqdan məhrum edirsiniz?Sağlam insan niyə yerini dəyişə bilməsin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol