YAP CİDDİ SINAQ VƏ BÖYÜK DƏYİŞİKLİK ASTANASINDA – Hakim partiyanı nə gözləyir?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ciddi sınaq qarşısındadır. Partiya dəhlizlərində böhranın addım səsləri aydın eşidilir. Fəaliyyətdə olduğu 30 ilə yaxın dövrdə çox az dəyişikliyə uğrayan təşkilat, artıq dövrün tələbatlarına cavab verə bilmir. Böhran o həddə dərinləşib ki, hakim partiya hətta hakimiyyətin özünə mane olmağa başlayıb. İqtidar komandasında ötən ildən geniş vüsət alan kadr dəyişikliyi və struktur islahatlarının YAP-a da sirayət edəcəyi gözlənilsə də, hələlik bu, baş verməyib. Ehtimal ki, burada görüləsi işlərin həddindən çoxluğu onunla fərqli zamanda məşğul olmağı zəruri edib.

Akademik Ramiz Mehdiyevin toy qalmaqalı bu zamanın yetişdiyini göstərdi. Partiyanın əsas simalarından biri, YAP İcra katibinin müavini Siyavuş Novruzovun qanunlara, dövlətə, cəmiyyətə hörmətsizlik edərək "düz eləyib toyda iştirak eləmişəm", bir gün keçməmiş "Ramiz Mehdiyev bizi aldatdı" tipli açıqlamaları təşkilata ağır zərbə vurdu. Bu məsuliyyətsizlik S.Novruzovun YAP-dakı karyerasını bitirsə də, hakim partiyanın ictimai rəydəki zədələnmiş nüfuzuna da az zərbə olmadı.

Əlbəttə, YAP-dakı böhranın səbəbi bu hadisə deyil. Problemlər uzun illər ərzində toplanıb elə həddə gəlib ki, onları təkcə partiyanın vitrinində dəyişikliklər etməklə həll etmək mümkün deyil. Çünki;

- YAP siyasi rəqabət qabiliyyətini itirib;

- Hakimiyyətin kadr bankı rolunu oynaya bilmir;

- Parlaq fiqurların əksəriyyəti zamanla sıradan çıxıb və yenilənməyib;

- Daxili inkişaf mexanizmləri mövcud deyil, monoton idarəçilik ətalət yaradıb;

- Nəhayət, YAP gənclər üçün əhəmiyyətini itirib. Partiyanın qurucusu, mərhum Heydər Əliyevin irəli sürdüyü "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır!" şüarında qoyulan hədəflərdən uzaqlaşıb. YAP indi dünənin partiyasıdır, amma bu günün və gələcəyin təşkilatı ola bilmir.

Pandemiyanın yaratdığı sosial-iqtisadi, siyasi gərginlik hakimiyyətin çətinliklərini xeyli artırıb. Ölkənin gəlirləri kəskin aşağı düşüb, iqtisadiyyatın əsas sahələri dayanıb, işsizlik səviyyəsi kəskin yüksəlib, əhali yoxsullaşıb və nəticə etibarilə bütün bunlar hökumətə daxili təzyiq yaradır. İqtidar problemləri həll etmək üçün proqramlar, yol xəritələri qəbul etsə də, çatışmazlıqlar və görüləsi işlər çoxdur. Çatışmazlıqların başında isə hakimiyyətin komanda şəklində, vahid proqramla hərəkət edə bilməməsi dayanır. Əhali bu işin başında ancaq Prezidenti görür, nazirlər, bütövlükdə hökumət ikinci planda, olduqca solğun siluetdə nəzərə çarpırlar. Hakim partiya isə ümumiyyətlə üfüqdə də görünmür.

Ötən 6-7 ayda biz hakim partiyanın Milli Məclisdə hər-hansı fəallığını görmədik. Məsələn, partiyanın deputatları, iqtisadçıları qanunvericilik təşəbbüsü hüququndan çıxış edib nə anti-böhran təklifləri, nə də pandemiyaya qarşı mübarizə ilə bağlı bir sənəd ortaya qoymadılar. Müxalifətin sərt basqıları qarşısına çıxıb onların arqumentlərinə doğru-dürüst cavab verən də tapılmadı.

YAP bu gün rəqabət qabiliyyəti nümayiş etdirə bilmir. Seçkilərin nəticələrini hakim partiyanın aktivinə yazmaq mümkün deyil. Ötən parlament seçkilərində YAP seçki kampaniyası aparmadı, hətta namizədlərini güc-bəla ilə müəyyənləşdirə bildi. Daxili ziddiyətlər, çəkişmələr açıq müstəviyə çıxdı və məlum oldu ki, 30 il əvvəl rəhbər kürsüləri zəbt etmiş şəxslərin gəncləri irəli buraxmaq niyyətləri yoxdur. Bütün siyasi imkanları sıfırlanmış, korrupsiyaya və başqa natəmiz əməllərə bulaşmış, cəmiyyətin nifrət qaynağına çevrilmiş bəzi şəxslər yenə də deputat mandatı əldə etdilər. Şəxsi, qrup maraqları ön plana çıxdı, qarşıda hakimiyyəti gözləyən ciddi problemlər görməzdən gəlindi.

Bundan sonra nə baş verə bilər? YAP bu böhrandan çıxıb, nəhayət, siyasi idarəçilikdə öz yerini tuta biləcəkmi? Prezidentin partiyada genişmiqyaslı islahatlar çağırışına əməl ediləcəkmi?

Vəziyyət kifayət qədər mürəkkəbdir. İndiki situasiyada partiya iclasları çağırıb dəyişikliklər aparmaq effekt verə bilməz. Hakim partiya növbədənkənar qurultaya getməklə və buradan tamamilə yenilənərək çıxmaqla, yenidən cəmiyyətin siyasi həyatına qayıda bilər. Bu yeniliklər nədən ibarət ola bilər?

- Partiya adının rebrendiq edilərək dəyişdirilməsi;

- Problemlərin etiraf olunması, cəmiyyətə açıq, dürüst mesajlar verilməsi;

- İdarə Heyətinin, Siyasi Şuranın, İcra katibliyinin tamamilə dəyişdirilməsi;

- Bütün rəhbər strukturlara gənclərin irəli çəkilməsi;

- Nizamnamədə daxili demokratiyanı, siyasi rəqabəti təmin edən, stimullaşdıran dəyişikliklər edilməsi;

- Bəşəri dəyərlərə, demokratiyaya, vətəndaşların siyasi hüquqlarına, azad mediaya açıq hörmət ifadə edilməsi;

- İqtisadi islahatlarla bərabər ölkənin siyasi inkişafını təmin edəcək, milli barışıq, həmrəylik vəd edən konstitusion islahatlara çağırış edilməsi; 

- Bütün siyasi qüvvələrin dialoqa, sivil mübarizəyə və azad siyasi rəqabətə dəvət edilməsi;

- Və yeni qaydalarla bələdiyyə və parlament seçkilərinin keçirilməsinə çağırış edilməsi ölkədə YAP-ın bazasında yeni güclü siyasi təşkilatın doğulmasını təmin edə bilər.

Bütün şərtlər ondan xəbər verir ki, ölkədə inzibati idarəçilik dövrü bitib, indi cəmiyyətdən ciddi dəstək alıb siyasi idarəçiliyə keçid zamanıdır.

Beləliklə, YAP-ın dəyişərək özünü siyasi rəqabətə hazırlaması zamanın tələbidir. Bunu qəbul edib islahtlara, dəyişikliyə start verilməsə, sonra gec ola bilər...

Elçin

"AzPolitika.info"

635x100

Şərhlər

Vəzir 2020-09-02 11:54:01

YAP hakimiyyət partiyası yox haramlar partiyasıdır.Ölkəni yoxsul günə salıb tarı-mar etdilər.İndi də düşmənə möhtac etməyə yönəliblər....

Rasim 2020-09-02 11:48:05

Ən yaxşı halda sadəcə sürüşüb aradan çıxmaq YAP üçün ən sərfəli variantdır.

Seyfəddin 2020-08-30 15:58:34

YAP=in daxilibndə idarəçilik o günə slınıbki.orada hər hansı yenilik.yerdəyişmə effekt verəə bilməz.Çürümüş budaq kəsilib atılmalıdır.

Cavid 2020-08-30 13:21:30

YAP-ın üzvü,baş nazir müavini dişlərini 820 min dollara hansı pulla düzəldib? Bu pulları ona medal verən Putin verib? 5-ci kolonu başınızda gəzdirib sonra 5-ci kolon adı ilə alver edirsiniz?Putindən medal,orden alan məmurları 5-ci kolon sayılır və onlar dərhal hakimiyyətdən xaric edilməlidirlər...

Mədət 2020-08-30 13:14:35

YAP öz limitini rüşvtxor,büdcə oğruları,korrupsioner olduqları özləri tərəfindən açıqlanan Ziya və Fazil Məmmədovlara,İbrahimovlara,Qaralova,İcra başçılarına loyal münasibətləri ilə xalq arasında nufuzunu itiribj

Agaselim 2020-08-29 10:53:21

Eli ehmedov kimi icra katibi, Tagi kimi sedrler olan partiyadan nese agilli netice gozlemek sadelovhluk deyilmi?

Cavanşir 2020-08-28 17:32:10

Bu Ölkəni dünyada nüfuzdan salan,ən son ölkələr siyahisinə salan,ölkəni müasir dünya inkişafından geri salan,insanların rifah halının gündən günə pisləşməsinə yönəlik iş aparan partiya üzvlərinə malikdir ki, bunlarla urli getmk mümkünsüzdürbmol

İsmayılov 2020-08-28 14:25:04

Bu partiyanı Əli Əhmədovun ixtiyarına buraxandaə düşünmək lazım idi.Hər kəs partiyada payını,vəzifəsini və layiq olmadıqları maaş vəpaketi alıb kef ediblər.sürdünüz?

Cəmşid Dərələyəzli 2020-08-28 13:26:20

Son iki ildir bütün paylaşmalarımda Əli Əhmədov başda olmaqla YAP icra aparatının göndərilməsini önə çəkmişəm. Zamanda sübut etdi ki, dediklərimizdə haqlı imişik. Görünən o ki, onların "fəaliyyəti" Ölkə Başçısının bütün alanlardakı fəaliyyəti ilə ziddiyət təşkil edir. Demək olar ki, Ölkə Başçısı hər məsələ ilə bağlı özü tək başına məşqul olur. Ona görə də Partiya təcili qurultaya getməli bütün strukturlar Ili Əhmədovlardan xilas edilməli və ən əsası da icra aparatı yenilənməlidir.

Mahir 2020-08-28 12:15:20

Yap ona görə iflasa ugradı ki, uzvlərin sayı şətrinə zorla yoldan keçəni belə Yap-a daxil etdilər.Yap-ın aparatına və yerli təşkilatlara yeni binalar tikdilər amma içra başçıları onu özlərinin "hərəmxanasına" zərif qadınlar klubuna" çevirdi.Yap 15 ildir iqtidar partiyası deyil.İqtidar partiyası SAHİBKARLAR PARTİYASIDIR...

Araz 2020-08-28 11:34:46

Eli . Ehmedov,siyavus,elman kimi uzvleri olan partiya butun keyfiyyetlerini biruze verib.. bir. Menali olaraq qovulmalidirlar!

RT 2020-08-28 06:12:09

Bu məmurların millete vurduqu ziyani , hec dûshman bele vurmamishdi .( Bu qeder pullari sûpûrdûler, qarabaq yaddan cixdi !!!!!

t.ədalət 2020-08-27 21:20:05

"Hakim partiya" ifadəsi doğru deyil.YAP iqtidar partiyasıdır.Bu partiya yarandığı gündən anti-milli mövqe sərgiləyir.Oraya toplaşanların əksəriyyəti büdcəni talamaq və oğurlamaq məqsədi güdənlərdir.

Pisi 2020-08-27 20:59:01

Hakim partiyada bextiyar haciyev kimi yuksek danisiq qabiliyyetine malik intellektli gencler olmalidi

Kipcak 2020-08-27 20:00:52

YAp dan yeni sağlam qüvvələri çıxması zəruridir və yeni reformator partiyasının yaranmasının elan olunmalıdır ancaq gənc və rüşvətə əli batmayan vətəndaşlar qəbul olunmalıdır

Amon 2020-08-27 19:35:53

Bize savadli vetenini milletini seven cavan kadrlar lazimdi.yoxsa imkanli rusdilli sampunciklerden bize bir xeyir gelmiyecek

TELEB ! 2020-08-27 18:19:11

..., TEZLIKLE , bu " HAKIM PARTIYA " ifadesini DEYISHIN, chunki, EHALI ETIRAZ EDİR .... XALQA DIKTE ETMEK OLMAZ !!!

Münasibət 2020-08-27 17:06:39

məncə YAP buraxılmalıdır.

bez partiyni 2020-08-27 16:52:39

YAP-ı bağlamaq lazımdır. YAP-çı məmurlar yerliçiliklə, rüşvətlə,talanla,korrupsiya ilə məşğuldur...

.EJDER NAQILBAZ 2020-08-27 16:32:50

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

TELEB ! 2020-08-27 15:25:54

..., TEZLIKLE , bu "HAKIM PARTIYA" ifadesini DEYISHIN, chunki, EHALI ETIRA EDİR .... XALQA DIKTE ETMEK OLMAZ !!!

Mirzəağa 2020-08-27 15:18:28

Büdcə oğruları,rüşvətxor və korrupsionerlər partiyanı bu günə qoydular.. Bu özü-özünə cavabdır.Pespublikanı dünya çqpında biabır edən,ölkədə zəhmətkeşlərin gəlirlərini müxtəlif bəhanələrlə əllərindən alıb,özlərinə mülk,biznes təşkil edən,ölkə sərvətlərini xaricə daşıyan,evladlarının xarici ölkələrdə yaşadan partiya üzvləri Azərbaycanda nə üzlə qalmalıdır? Belə üzvləri olan partiya yenidən təşkil olunmalıdır.

Sahib 2020-08-27 14:33:44

Partiyanin esas simas siyavus sayilirdisa o partiya nə olacaq...

Mehdi 2020-08-27 13:55:11

Aciq danismaq lazimdi,YAP da olan partiya uzvulerinin hardasa 80-90 faizi ele bilinki Siyavusdu.Axsam bir söz səhər basqa coz deyen adamlardi.Hansini bir balaca sixsan bir birinin uzune durarlar vallah.orada çəmi 10 duzgun Yap-a sedaqetli adam ola olmaya.Ən boynu dualisi siyavus idi onuda gördunuz.

Son yazılar