Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi oktyabrın 7-də plenumunu keçirib. Virtualaz.org saytı partiyadan yayılan press-relizə istinadən xəbər verir ki, plenumda qarşıdakı bələdiyyə seçkilərinə namizədlərin siyahısı təsdiqlənib.
Həmçinin plenumda təşkilati məsələlərə baxılıb.
Plenumda ilk partiya təşkilatının qərarı əsasında partiyanı parçalamaq səylərində, yoldaşlar arasında düşmənçilik salmaqda və kommunistə yaraşmayan təxribatçı hərkətlərə yol verməkdə günahlandırılan Maksimova Gülnisə Əlisoltan qızı Azərbaycan Kommunist Partiyası sıralarından qovulub.
Plenumda həmçinin partiyanın Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov məruzə ilə çıxış edib. O, kommunistlərin əsas fəaliyyət istiqamətləri haqda danışıb, yoldaşlar arasında dostluq münasibətlərinin inkişafının vacibliyini bildirib.


Şərhlər