Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirlir.
Qol.az xəbər verir ki, bu gün təmsilçimiz "Neftçi" də mübarizəyə qoşulub. "Ağ-qaralar" Bakıda Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib. Görüş "Neftçi"nin qələbəi ilə yekunlaşıb - 2:1.
Mərhələ bir oyundan ibarət olduğundan "Neftçi" 2-ci raunda yüksəlib.
27 avqust
Avropa Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) - 2:1
Qol: Buqrin, 66 (1:0), Anton Krivotsyuk, 89 (2:0), Darboe, 90+3 (2:1)
Qırmızı vərəqə: Omar Qudiabi, 70 ("Şkupi")
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya) Bakı. “Bakcell Arena”


Şərhlər