Menu

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

27.08.2020, 22:58
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqəsinin ərazisində 2 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən verilən məlumata görə, hər iki şəxs xidmətin əməkdaşları tərəfindən xilas olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol