Menu

Ermənistan atəşkəsi 54 dəfə pozub

28.08.2020, 09:42
Ermənistan atəşkəsi 54 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Şərhlər

t.ədalət 2020-08-28 10:32:38

Rusiya tərəfi mövqelərimizi atəşə tutmaqla bizi lazımsız müharibəyə cəlb etmək,Azərbaycan ordusunda yerləşdirdiyi casusların əli ilə bizi böyük itkilərə məruz qoymaq istəyir.Şoyqunun Azərbaycana səfəri də bu xəyanətə hesablanıb.Biz, Rusiyanın bu məkirli planından yayınmalıyıq.Tovuza hücumdan sonra erməni tərəfi kütləvi qırğın silahları ilə təmin edən Rusiyanın yeni hücumlarına hazır olmalıyıq və bunun üçün Rusiyanın əlinə oynayan zabitləri kənara itələməliyik.Rusiya bizə qarşı hazırladığı planla bizi böyük itkilərə düçar etməklə işğal etdiyi ərazilərdə özünə "sakitlik" yaratmaq istəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol