Menu

MƏCLİS TƏŞKİL EDƏN OFİSİN İCARƏDARI HƏBS EDİLDİ - FOTO

28.08.2020, 13:02
MƏCLİS TƏŞKİL EDƏN OFİSİN İCARƏDARI HƏBS EDİLDİ - FOTO

Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olmuşdur. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib, digər 4 nəfər isə 400 manat cərimə olunub.

Şərhlər

RT 2020-08-28 19:43:09

5 nefer? olmaz beyem ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol