"COVID-19 pandemiyası milyonlarla insanın psixi sağlamlığına zərər yetirərək onlarda təşviş və qorxu hisslərinə səbəb olur, psixi səhiyyə xidmətlərinə mənfi təsir göstərir".
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus brifinq zamanı bildirib.
O, hazırkı pandemiya dövründə psixiatr həkimlər arasında yoluxma halları nəticəsində bəzi səhiyyə mərkəzlərinin koronavirusdan müalicə mərkəzi kimi fəaliyyət göstərməyə başladığını, halbuki psixiatriyanın hələ pandemiyadan əvvəl bir qədər diqqətdən kənarda qalması üzündən 1 milyardadək insanın psixi pozuntularla yaşamağa məhkum olduğunu deyib: "Belə ki, hələlik əhaliyə keyfiyyətli psixiatriya xidmətləri nisbətən məhdud sayda göstərilir. Aşağı və orta gəlirli ölkələrdə psixi, nevroloji, maddələr mübadiləsi pozğunluğu olanların 75 faizindən çoxu lazımi qədər müalicə almırlar”.
ÜST rəhbəri bu il oktyabrın 10-da qeyd ediləcək Dünya Psixi Sağlamlıq Günü Qlobal Psixi Sağlamlıq Naminə Birlik və Dünya Psixi Sağlamlıq Federasiyası ilə birgə psixi səhiyyəyə sərmayələri artırmaq uğrunda irimiqyaslı kampaniya keçirəcəklərini diqqətə çatdırıb.


Şərhlər
Azərbaycanlıların belə bir sözü var:başını kəsib,saqqalını tumarlayır.ÜST də elə edir,bəşəriyyətə qarşı cinayət törədir,zərərli tövsiyələr,daha doğrusu hokmlər verir,sonra deyir ki,bağışlayın,səhv olub.Ümid edirəm ki,tezliklə ÜST və onu kurasiya edənlər Beynəlxalq Hərbi Tribunal qarşısına çıxarılacaqlar.
ÜST hələ indi anlamağa başlayır ki,pandemiya ajiotajı insanlarn sağlamlığına zərbədir.Ağılsız,əsassız və tədbirsz östərişlər həm insanlara və həm də ölkələrə böyük zərbə vurur.Mənasız və düşünülməmiş qadağallar insanıarda stressə,hipertoniyaya,və difgər ağır xəstəliklərə səbəb olur ki,pandemiya toya getməlidir.ÜST bir qurum kim ləğv edilməli,püŞnvjonların təklif və tövsiyyələri boş buraxılmalıdır.Hər kəs öz sağlamlığının qeydinə oimkan daxilində onlardan yaxşı qalır.Bir də Pandemitya dövründə xəstəxanaları pulsuz dərmanla və pulsuz xidmətlə təmin etmək vacibdir.Əfsus ki, TBİB bütün işləri (hətta testi) pullu apaır.Buna isə diqqət edən tapılmır.
UST-ün əsassız və mənasız tövsiyyələri insanlaın sağlamlığına pandemiyadan daha artıq zərbə vurur.iSağlam insanları evdə qapadıb,işsiz ac qoymaqla insanlarda stress.ac qalma,hipertonik və digər x sürətlənir.ona görə ağıllı,lazımi və insan həyatını düşünən qərarlar,tövsiyyələr verilməlidir.əstəliklərons