Menu

Siyəzəndə 50 məktəbliyə idman geyimi və futbol topu hədiyyə olunub - FOTOLAR

28.08.2020, 17:19
Siyəzəndə 50 məktəbliyə idman geyimi və futbol topu hədiyyə olunub - FOTOLAR

Bu gün Siyəzən rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində məktəblilərə idman geyimi və futbol topu hədiyyə olunub. 

Bu barədə Siyəzən və Şabran rayonlarının deputatı Sadiq Qurbanov məlumat verib. Deputat bununla bağlı “Feysbuk” hesabından paylaşım edib:

“Bu gün - 28 avqust 2020-ci il tarixdə AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbiri keçirdik. Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində rayonun Zarat kəndində və rayon mərkəzində 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verildi.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov iştirak etdi”.


Şərhlər

Ucuz reklam 2020-08-28 20:09:37

. Deputatımız şagirdlərə 50 nootbookda hədiyyə edərdi ki dərslərindəndə geri qalmasınlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol