Menu

ABŞ Sakit okeanda Çinə bir qarış da güzəşt etməyəcək – “Burada lider bizik”

29.08.2020, 00:14
ABŞ Sakit okeanda Çinə bir qarış da güzəşt etməyəcək – “Burada lider bizik”

Birləşmiş Ştatlar Sakit okean bölgəsində özünü lider rolunda olmağa borclu hesab edir və öz siyasi sistemini hamınınkından yaxşı hesab edən digər ölkələrə «bir qarış da güzəşt etməyəcək».

Bu barədə ABŞ-ın müdafiə naziri Mayk Esper Çinə üstüörtülü işarə ilə bəyan edib. Xəbəri avqustun 27-də «Röyter» agentliyi yayıb.

Havaylara səfəri zamanı hərbi idarənin başçısı xəbər verib ki, ABŞ Çinlə «iş aparmaq» istəyir ki, onu beynəlxalq qaydalara hörmət etməyə inandırsın. Belə ki, Pekin dəfələrlə öz vədlərini pozub və silahlı qüvvələrinin aqressiv təkmilləşdirilməsini həyata keçirir.

«Birləşmiş Ştatlar lider rolunu oynamağa borcludur. Biz, uzun müddətdir ki, Sakit okean və hind-Sakit okean ölkəsiyik» - Esper bildirib.

«Biz, bu bölgəni güzəştə getməyə hazırlaşmırıq - bircə qarış torpağı da…» - Pentaqonun başçısı bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol