Menu

Meyvə və tərəvəzi soda ilə yumaq lazımdır - Qastroenteroloq məsləhəti

29.08.2020, 00:19
Meyvə və tərəvəzi soda ilə yumaq lazımdır - Qastroenteroloq məsləhəti

Bakteriyalardan can qurtarmaq üçün meyvə və tərəvəzi axar su altında yumaq kifayət deyil. Bu barədə «Sankt-Peterburq» telekanalının efirindən qastroenteroloq-həkim Olqa Protopova bəyan edib. Onun sözlərinə görə, mikrobları öldürməyə soda kömək edər.

Həkim qeyd edib ki, əgər meyvə və tərəvəz radiasiya səviyyəsi yüksək olan ərazidə yetişibsə, soda həm də onlarda radioaktivliyin səviyyəsini aşağı salar. 

«Bu zaman sadəcə bir çimdik yuyucu vasitə kifayət edər» - həkim əlavə edib.

Mütəxəssis qeyd edib ki, meyvə-tərəvəzi yuyarkən suyun keyfiyyətinə diqqət yetirmək vacibdir.

«Yoxlanılmamış mənbədən götürülmüş su ilə ərzaqları yaxalamaq qadağandır - bu qadağa quyu suyuna da aiddir. Özünüzü bağırsaq infeksiyasından qorumaq üçün şübhəli (yoxlanılmamış) suyu əvvəlcə qaynatmaq lazımdır» - mütəxəssis xəbərdarlıq edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol