Menu

Hitleri mer seçdilər

08.10.2014, 15:08
Hitleri mer seçdilər

Siyasətçi Riçard Hitler Ale Krus Perunun cənubunda yerləşən Arekipa şəhərinin meri seçilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “İnteqrasiya İslay” hərəkatından namizəd olub və sol millətçilərdən dəstək alıb.

Hitler siyasi kampaniyasını dağ-mədən sənayesi müəssisələrinin genişlənmə planını tənqid etmək üzərində qurub. İxtisasca kimyaçı olan Riçard Hitler 2015-ci il yanvarın 1-dən İslay əyalətinin rəhbəri işləməyə başlayacaq. Bundan əvvəl iki dəfə dalbadal Din-Valdiviya rayonunun rəhbəri seçilib.

Peruda şəhər meri seçkisi oktyabrın 5-də keçirilib. Ölkə qanunvericiliyinə görə, səsvermədə iştirak məcburidir. Seçkiləri boykot edərək səsverməyə gəlməyən hər seçici 60 dollar cərimələnir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol