RUSİYA YENƏ ERMƏNİSTANA SİLAH DAŞIYIR - Türkiyə yeni faktlar aşkarladı + VİDEO
Rusiyanın Ermənistana silah-sursat daşıması ilə bağlı yeni faktlar üzə çıxıb. Türkiyənin "Haber Qlobal" telekanalının hazırladığı süjetdə Mosknavın son günlər hava yolu ilə Ermənistana 500 tondan artıq silah daşıması faktlarla təqdim olunur.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətdində həyata keçrdiyi təxribatlar zamanı Rusiyanın işğalçı ölkəyə 400 tondan artıq silah daşıması faktları üzə çıxmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edərək bu bardə izahat istəyib. Bundan iki həftə sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya səfər edib. O, Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə Ermənistana silah çatdırılması faktlarını inkar etməyə cəhd göstərib. Təqdim olunan sənədlərin Rusiyanın Ermənistandakı hərbi bazasına lazım olan tikinti avadanlıqları(?) olduğunu iddia edib.
Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev isə Şoyqunun bu izahatlarının rəsmi Bakını qane etmədiyini açıqlayıb.
AzPolitika.info
Şərhlər
Rusiyanin 5-ci kolonu.... hec Azerbaycan dilinde 2 kelme deye bilmir .Oz bacisi oglunu general edib
Rusiya Azərbaycana düşmən münasibətini Qarabağı işğal etməklə göstərib.Rusiyadan alınan silahlar dəqiqliklə yoxlanmalıdır.,çünki Rusiya tanklarda və ya təyyarələrdə izləyici və digər cihazlar yerləşdirməklə döyüş vaxtı bizə çox böyük zərbələr vura bilər.Düşmən ölkədən silah alınması müharibə vaxtı Azərbaycana baha başa gələ bilər.
Bakı Naxcıvan Qatarı bərpa ediləlidir.silaha nəzarət üçün.Silaha bulaşmamiş ermənilər Urusetə bu yoldan istifade etsin.
Nəinki biz, Kremlin xarici siyasətini ruslar yox, haylar müəyyən edir! Kreml 2016 Aprelində ekspromt DQMV həllinin qarşısını aldı?
DÜŞMƏNİMİZ RUSİYA ERMƏNİSTANA SİLAH DAŞIYIR,BİZİMLƏ MÜHARİBƏYƏ HAZIRLAŞDIRIR CEYHUN BAYRAMOB MOSKVADA AZƏRBAYCANDA RUS MƏKTƏBLƏRİNİN ARTIRILMASI İLƏ ÖYÜNÜR.BƏRƏKƏLLAH SİZDƏ OLAN QEYRƏTƏ.
*Balabanlaşdırılmış* siyasətin sonu görünür 2 yol var şimal və qərb buyurun seçin!
ALI BAW KOMANDAN WOYBA DEDI KI,BU KERPICDI.BIZLERDE ONLARI GUL CICEKLE QARWILADIQ,ELADA YOLA SALDIQ
Maraqlıdır, Azərbaycanın xaricdə ən böyük nümayəndəliyi RUsiyada yerləşir. Bizim səfirlik bu istiqamətəd hansı işlər görə bilib? VƏ ya Rusiyaya məsul, dünyanın bütün ölkələri "strateji tərəfdaşlıq"dan dəm vuran, bununla da öz hökumətini, faktik olaraq, aldadan Xələf Xələfov baş verənlərə hansi izahat verə bilər? Axı RUsiya-Azərbaycan strateji tərəfdaşlığı ilə Ermənistana silah tədarükü bir araya sığmır...
Rusiya bizim dost ve krishamizdi ((( ola bilmezki ruslar ermeni ile el bir olsunnar (((((( Derdiyeee derd
Cıdır düzünü qoyub,Moskvada Arbat kücəsində gəzmək istəyəndə,rus gizirin qabağında rəqs edəndə necə olmalıdır ki? Özünə hörmət et ki, başqaları da sənə hörmət etsinlər.