Menu

"İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir" - SOCAR

31.08.2020, 12:26
"İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir" - SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışa çıxarılan İsrailin Aşdod neft emalı zavodu ilə bağlı təklif daxil olub.

Bunu “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail KİV-ində SOCAR-ın bu neft emalı zavodunun alışına maraq göstərdiyi barədə məlumata münasibət bildirərkən qeyd edib.

O bildirib ki, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir.

Qeyd edək ki, İsrail KİV-ində SOCAR-ın satışa çıxarılmış Aşdod neft emalı zavoduna maraq göstərdiyi qeyd edilmişdi. Bildirilib ki, alış üçün yerli tərəfdaş lazımdır və SOCAR bununla bağlı bir neçə İsrail şirkəti ilə danışıqlar aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol