Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə cavab verib.
"Report"un məlumatına görə, İstanbul təmsilçisi rəsmi "Twitter" hesabından Azərbaycan dilində paylaşım edib.
"Sarı-qırmızılar" "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb.
"Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını etmişdi.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.
AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin. https://t.co/Jta4vxNFk8
— Galatasaray SK (@GalatasaraySK) August 31, 2020


Şərhlər
Türk qardaşlarımıza eşq olsun.