Menu

Tixanovskaya BMT-də və AŞPA-da çıxış edəcək - Üç ölkə Lukaşenokya sanksiya qoydu

31.08.2020, 20:00
Tixanovskaya BMT-də və AŞPA-da çıxış edəcək - Üç ölkə Lukaşenokya sanksiya qoydu

Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.

Tixanovskayanın komandasının məlumatına görə, müxalifət liderinin yüksək tribunadan istifadə etmək imkanı qurumun qeyri-daimi üzvü olan Estoniyanın dəvəti ilə gerçəkləşəcək. Onun sözçücüsü bildirib ki, dörd gün sonra Tixanoskaya AŞ PA sessiyasında da iştirak edəcək.

Litva Prezidenti Gitanas Nauseda avqustun 31-də elan edib ki, Baltik qonşuları Latviya və Estoniya ilə birlikdə Lukaşenko daxil Belarusun 30-dək rəsmisinə səyahət sanksiyası tətbiq edəcək. Sanksiya seçki pozuntuları və etirazçılara qarşı zorakılığa görə qoyulur. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol