Menu

Fransa silahlı qüvvələrində Rusiya casusu qeydə alınıb - Yüksək çinli hərbçi

01.09.2020, 00:08
Fransa silahlı qüvvələrində Rusiya casusu qeydə alınıb - Yüksək çinli hərbçi

Fransada ən məxfi sənədləri Rusiya xüsusi xidmətlərinə ötürən hərbçi-polkovnik saxlanılıb. Rus casusunun tutulması barədə jurnalistlərə şəxsən Fransanın Müdafiə naziri Florans Parli xəbər verib.

«Təsdiqləyə bilərəm ki, yüksək çinli zabit haqqında məhkəmə yoxlaması başlanıb. Yoxlama məlumatların ötürülməsi və ya təhlükəsizliyə zərər vurma şübhəsi ilə başlanıb. Nədən ki, silahlı qüvvələr Nazirliyi təşəbbüs qaydasında prokurorluğa müraciət edib» - deyə, nazir bildirib.

Məlum olub ki, zabit NATO birləşmiş ordusunun tərkibində İtaliyadakı bazada qulluq edir. O, daxili təhlükəszlik Baş idarəsi tərəfindən həbs edilib.

Hazırda şübhəli zabit Paisdəki La Sante həbsxanasında mühafizə altında saxlanılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol