Menu

"Rusiya MDB məkanında çevrilişlərin qarşısını alacaq" - Lavrov

08.10.2014, 15:45

Russian FM Lavrov attends news conference in MoscowRusiya xarici ölkələrdə hakimiyyət çevrilişlərinin qarşısını alacaq. Avropa.info xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Lavrov bəyan edib ki, Rusiya suveren dövlətlərdə hakimiyyət dəyişikliyinə edilən xarici müdaxilələrə olduqca mənfi yanaşır.

"Bu ilk növbədə Venesuela, Kuba, Rusiya və KXDR-ə aiddir. Eyni zamanda MDB məkanında da çevrilişləri pisləyirik. Moskva istənilən xarici müdaxilələrin beynəlxalq səviyyədə qınanmasına nail olacaq".

Lavrov bununla bağlı ABŞ və AB üzvü olan ölkələrə də xəbərdarlıq etdiklərini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol