Menu

Gürcüstanda ilin əvvəlindən 99 nəfər QİÇS-dən ölüb

02.09.2020, 10:57
Gürcüstanda ilin əvvəlindən 99 nəfər QİÇS-dən ölüb

Bu il Gürcüstanda QİÇS-ə 372 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosuxəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Sentyabrın 2-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəlik daşıyıcılarının ümumi sayı 8 474 nəfərdir. Onların 6 326-sı kişi, 2 148-i isə qadındır.

Pasiyentlərin böyük əskəriyyəti 29-39 yaş qrupuna daxildir. Xəstəlik 4 340 nəfərdə inkişaf edib, 1 734 nəfər isə vəfat edib.

Yoluxma hallarının böyük əksəriyyəti 3 148 olmaqla Tbilisidə qeydə alınıb.

2020-ci ildə Gürcüstanda 99 nəfər QİÇS-dən vəfat edib ki, onların 79-u kişi, 20-si isə qadındır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol