“SİZİN SAYƏNİZDƏ ADAM OLMUŞUQ..." - Ramiz Mehdiyevə tost dedilər + VİDEO

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb. Bu dəfə də Ramiz Mehdiyevin şəninə təriflər deyilib. Xatırladırıq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.

Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

Meydan.Tv-nin toydan yaydığı yeni görüntüləri təqdim edirik

635x100

Şərhlər

Behluli Danende 2020-09-03 22:01:53

Baxın bu darmayedlərə.Görün necə bir birilərini saxta tərif edirlər.Sizin tayfa bizim nəlunşmiz.Bunların nazı iıə heç oynamaq lazım deyil ..

Müəllim 2020-09-03 20:39:58

Bakı Dövlət Universiteti kimi təhsil ocağını ağlar günə qoyan Abel Məhərrəmov hələ də azadlıqdadır.

Roma 2020-09-03 08:09:17

"Sizin sayənizdə adam olmuşuq..." Bu da keçmiş deputatın tostu. İlahi, bu necə yanaşmadır. Deməli, bu kişi olmasaydı, sən adam olmayacaqdın. Görəsən sənin təbirincə adam olmaq nə deməkdir. Yəqin səncə saysız-hesabsız əmlak, var-dövlət və ən əsası yüksək vəzifələr və s.... adam olmaq üçün əsas şərtdir "möhtərəm" keçmiş deputat.

Tagı 2020-09-03 05:12:48

Bu.... nə qədər ailələri basız qoydu, məhv etdi ! Sonda Allahda özlərinə qənim oldu.Ramizn arvadı Qala Primakovun arvadının bacısıdı

Mirzə AĞ 2020-09-02 21:51:47

Görəsən, bunlar əvvəl nə imişlzr ki, sonradan adam olublah?!

Son yazılar