Menu

Tramp Kennedini uğursuz namizəd adlandırdı

02.09.2020, 22:08
Tramp Kennedini uğursuz namizəd adlandırdı

ABŞ Prezidenti Donald Tramp konqresmen Co Kennedinin Massaçusets ştatında seçkilərdə məğlubiyyətini ələ salıb. ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşının nəvəsi Kennedilər klanının həmişə qalib gəldiyi ştatda gözlənilmədən seçkiləri uduzub.

“Baxın, hətta Kennedi radikal sol demokrat partiyasında belə özünü təhlükəsiz hiss etmir. Vergilərin həcmi çoxdur. Co Bayden nəzarəti tamamilə itirib. Nensi Pelosi uğursuz namizədi dəstəkləyib!”, - prezident öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, 39 yaşlı Co Kenedi hazırkı senator 74 yaşlı Ed Markiyə məğlub olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol