Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report” xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


Şərhlər
Tofiqin həbsi Azərbaycana da sanksiyalar gətirə bilər.....
sifarişi hakim can-başla yerinə yetirib..........
Niyə belə az veriblər. 12 ildüşürdü buna. Eldar Mahmudovdan 15 dəfə ağırdır bunun əməlləri. Ömürlük vermək və ya Nəsimi kimi dərisini soymaq olardı...
Millətin haqq davası aparanların ilə vuruş aparanlara Allahin lənəti olsun İNŞƏALLAH.
ALLAH QARABAQ VETERANINA WER ATANLARIN BELASINI VERSIN
aha