Menu

Küveytdə gələn ay maaşlar verilməyəcək

03.09.2020, 14:05
Küveytdə gələn ay maaşlar verilməyəcək

Küveyt hökuməti dünya bazarında neftin həddindən artıq ucuzlaşmasını və xərclərin artmasını əsas gətirərək oktyabr ayında maaşları ödəməkdən imtina edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, maaşların verilməsi üçün Kuveytin 2 yolu var - Borclanmaq və yaxud gələcək üçün saxlanılan 560 milyard ABŞ dolları məbləğində fonddan istifadə etmək.

“Bir gün yuxudan oyanacağıq və bütün ehtiyatlarımızın tükəndiyini başa düşəcəyik", - Küveytin “Bensirri” maliyyə konsaltinq firmasının prezidenti Favas El-Sirri deyib.

Şərhlər

İqtisadçı 2020-09-03 16:13:58

Əhalsi 3 milyon olmayan ölkə üçün gələcək üçün saxlanılan 560 milyard ABŞ dolları-MAŞALLAH rəqəmə bax.Bizdə bir az gedib Avropada dərsə gedib-gəlirlələr,Avropa təsiliidir deyib,dövlətin puluna publuk hüquqi şəxs yaradıb,orada vəzifəyə təyin edib,deyirlər ya neftin,ya da büdcənin pulunun dadına bax.Avropa təhsilli oğlan özünə iş qurar,xaricə mal ixrac edər,deyər mənəm-mənəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol