Menu

Avtobuslarda gediş haqqı artacaqmı?

03.09.2020, 14:55
Avtobuslarda gediş haqqı artacaqmı?

"Bakıdakı avtobuslada gediş haqqının 20 qəpik artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır".

Bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirilib.

"Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”, - o qeyd edib.

Şərhlər

t.ədalət 2020-09-03 21:28:25

Hazırda gediş haqqı bir neçə dəfə artıq alınır.Avtobuslar hamısı dizellə işləyir.Bu da əlavə gəlir yaradır.Bu qiymət oyunu ölkədə qanunların pulla idarə olunmasından irəli gəlir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol