Menu

Türkiyəli hakimlər millimizin matçına təyinat aldı

04.09.2020, 12:26
Türkiyəli hakimlər millimizin matçına təyinat aldı


Halis Özkahyaya

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına həvalə edilib. FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Hakim inspektor isə rumıniyalı Augustus Konstantin olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol