“Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin icraatında olan 700 mindən artıq işin yarısı kredit borcları ilə bağlıdır”. “Report” xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov deyib.
O qeyd edib ki, problemli kreditlərin restrukturizasiyası ilə bağlı Prezidentin Fərmanından sonra təxminən 100 minə yaxın iş banklarda öz həllini tapıb:
“Bu işlərin çoxu məhkəmə çəkişmələrindən sonra İcra Baş İdarəsinə gəlib çıxmışdı. İdarədə vətəndaşların banklara olan borclarının ödənilməsi şəraiti yaradılıb”.


Şərhlər
Görün və utanın! Milləti nəgünə salmısınız?Prezident niyə u məsələyə nəzər yetirmir.Axı Mərkəzi bank niyə rayonlarda şöbələrini açıb.millətə kommersiya banklarına verdikləri faizlə (3-5 % ) kredit vermək istəmir.insanları möhtəkir və fırıldaqçı Kommersiya banklarından 25-35 % -lə kredit almağa məcbur edib? Hökumət niyə və hansı səbəbdən buna göz yumub? Hakimiyyət niyə buna göz yumub?
Azpolitika ITV də pencerden yixilan oglanin ishi barede maraqlanib bir melumat verin 7 ay kecib ama ceza alan olmadi