Xarici İşlər Nazirliyində (XİN) baş verən dəyişikliklərdən sonra kadr islahatlarına start verilib. Bu günlərdə nazirin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilərək xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Onun yerinə isə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev gətirilib.
Məlumatlı mənbədən "AzPolitika.info"-ya daxil olan məlumata görə, yeni rəhbərlik nazirliyin işçilərinin attestasiyadan keçirilməsi barədə əmr imzalayıb. Bununla bağlı qurumda komissiya yaradılıb, kadrların şəxsi işi, fəaliyyətləri, habelə qohumluq əlaqələri araşdırılır.
Mənbə bildirib ki, attestasiya adı ilə himayədarları olmayan işçilərin XİN sistemindən uzaqlaşdırılacağına dair iddialar var.
"Sıravi heyətin və aşağı vəzifəli işçilərin bir çoxunun "attestasiyadan keçmədi" adı ilə işdən uzaqlaşdırılcağı, yerinə təhsil və s. sahələrdən gətirilmiş yeni kadrların yerləşdiriləcəyi gözlənilir. Bu isə XİN-də diplomatik sahədə uzun illər çalışmış, peşəkar mütəxəssislərin sayının bir qədər də azalmasına gətirib çıxaracaq"- deyə mənbə bildirib .
Mənbə eyni zamanda attestasiya adı ilə himayədarları olmayan işçiləri XİN sistemindən uzaqlaşdırmaq cəhdinin Prezidentin tapşırığına zidd olduğunu da qeyd edib.
Prezident Cehun Bayramovu Xarici İşlər naziri təyin edərkən bildirmişdi: "Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.."
Ancaq çox təəssüf ki, daxil olan məlumatlar XİN-də aparılması gözlənilən kadr dəyişiklikləri zamanı Prezidentin tapşırıqlarına əməl olunacağına şübhə yaradır. "Məgər vətənpərvərliyi, Vətənə və dövlətə bağlılığı attestasiya ilə müəyyən etmək mümkündür? Belə görünür XİN sisteminin "təmizlənməsi" Prezidentin vurğuladığı kriteriyalara uyğun deyil, kimlərinsə maraqları daxilində aparılacaq"- deyə mənbə qeyd edib.
Bu kimi halların isə XİN işçiləri arasında ciddi narazılıq yaratdığı vurğulanır. Çünki nazirlikdə Elmar Məmmədyarov dövründən mühüm post tutan kadrların əksəriyyəti vəzifədə qalsa da, sıravi işçilər “təmizləmə əmliyyatı”nın qurbanına çevriliblər. Prezident İlham Əliyevin XİN-də, səfirliklərdə vətənə xəyanət edən, xarici kəşfiyyatların girovuna çevrilən diplomatlar barədə çıxışını xatırladan mənbə, hələlik onlarla bağlı tədbir görülməməsinə diqqət çəkib.

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində Xarici İşlər Nazirliyində islahatların zəruri olduğunu bildirib. "Prezident də demişdi ki, xarici siyasət idarəsində biabırçı hallar - korrupsiya, rüşvətxorluq, qohumbazlıq yer alıb. Bütün bu neqativ halların kökünü kəsməklə yanaşı ciddi kadr islahatları aparılmalıdır. Əvvəllər kimin qohumu vardı, XİN-də yerləşdirilirdi, amma əslində savadlı, təcrübəli kadrlar irəli çəkilməli idi" - deyə politoloq vurğulayıb.
E. Şahinoğlu hesab edir ki, səfirliklərdə də "təmizləmə" işləri aparılarkən uzun illər XİN sistemində çalışan peşəkarlara toxunulmamalıdır: "Bu sistemdə uzun illər çalışmış təmiz, bacarıqlı əməkdaşlar öz işləri davam etdirməlidir, eyni zamanda yeni kadrlar da cəlb olunmalıdır. Azərbaycan müharibə şəraitindədir, bir sıra ölkələrdən bizə təzyiqlər var. İnformasiya savaşı aparılmalıdır. Bütün bu işləri görmək üçün təcrübəli, peşəkar, vətənə, millətinə bağlı kadrlara ehtiyac var. Səfirliklərimizdə, konsulluqlarımızda uzun illər çalışmış peşəkar kadrları qorumaq lazımdır".
"AzPolitika.info"

Şərhlər
Diploamatiya xerci 60000 ve tanishliq.Yoxlasalar ya atasi icra hakimidir,Ya Abel meheremov ya da deputat.683bal yigan telebenin Xarici ishler Nazirliyinde ne ishi var.Ora getmelidir papanin gul balalari ki,biznesleri yaxsi getsin.Abel Meheremovun oglu Ispaniyada sefirdir.Amma hansisa kasibin ovladi orada ola bilmez .Cunki Abel Meheremovun oz oglu var .
Testi Kim keçirəcək? Təcrübəli Abdullayeva, yeni Rzayev? Axı, 27 ildə bir nəfərimiz təkid etməyib ki, istər DQMV, istər Arsax, qaçqınlar təhlükəsiz və təcili öz ata mülklərinə qaytarılmalıdır!?
Hörmətli redaksiya, burada özünü "mənbə" kimi təqdim edənlərin narahatçılığı başa düşülən deyildir. Onla rözlərini qurban kimi təadim etmək istəyirlər. Onların əksəriyyəti Məmmədyarovun zamanında pul və tapşırıq hökmünə karyera etmiş şəxslərdirlər. Onlar attestasiyadan niyə qorxurlar ki? Özünə güvənən və işini (ixtisas və xarici dil bilikləri) attestasiyadan qorxmamalıdr. Amma Xİn sistemində çoxlu sayda Məmmədyarovun zamanından bütün eşalonlarda heç bir bilgisi olmayan əməkdaşlar toplaşıblar. Belələrindəan ancaq və ancaq attestasiya yolu ilə qurtulmaq mümkündür. Təsvvür edin: XİN-in QƏrbi Avropa və ABŞ istiqamətində fəaliyyət göstərən diplomatlar ingilis, alman və ya franszı dilini bilməyirlər. Belələrini erməni diplomatların qabağına necə çıxarmaq olarmı? SƏfirliklərdə və Mərkəzi Aparatda çalışan əməkdaşlara baxdıqda ancaq və ancaq xəcalət hissi keçirmək olur.
Etnik qarisigi olanlar da uzaqlasdirilmalidir
Burada baş verən dəyişikliyin nəticəsinin olacağı görünmür.Çünki qeyri peşəkarlar,təcrübəsizlər loyallığına görə (itaətkarlığına ) bir nəfərin xatirinə yerləşdirilir.Ancaq milli tərkib onlar üçün maraqlı deyil.Ona görə boş yerdəyişmədir.İnşaallah görərsiniz.Belə kadr dəyişikliyini ağrısı 2-3 ildən ortaya çıxacaq.e
Əvvəlcə pasport alma tarixinə və ondan əvvəlki sənədlərinə diqqət verilməlidir ki, erməni adları,soyadları əyişikliyi ortaya çıxın.Bu mütləqdir.Çünki 1993-dən sonra belə hallar çoxalıb.
Erməni qarışığı olanlar niyə XİN-dən uzaqlaşdırılmır.hələ Xüsusu tapşırıqlar üzrə (?) səfir təyin edilir? Onda niyə azad edilirdi ki? Nə qədər ki,Azərbaycanda idarəçilikdə məsul işlərdə ermənilər və erməni qarışıqlar mövcuddur Qarabağ məsələsi həll edilməyəcək və azərbaycanlıların rifah halı yüksəlməyəək.!
xin-də nazir müavinləri balaca və bir-birilərinə nifrət edən padişahlar kimi aparırlar. Kənardan onlara baxdıqda, daha çox banda başçılarına bənzəyirlər. Hər kəsin öz dəstəsi, öz qanunları vardır. Bu bütün nazir müavinlərinə şamildir. Səfirlər də adətən balaca padişahlaırn adamları olurlar. ....
zakir qaralovun qardawi qaranliq iwlerle mewgul olan hamlet qaralovu yaddan cixartmayin