Menu

MDB Oyunları bu il keçirilməyəcək

04.09.2020, 16:26
MDB Oyunları bu il keçirilməyəcək

Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələri Oyunları təxirə salınıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, təşkilatçılar yarışın 2021-ci ilə qədər təxirə salınması barədə qərar verib.

Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi və daha əvvəl sentyabra təxirə salınmışdı. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 14 - 23 yaş arası olan 3 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 230 dəst medal sahibini tapacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol