[caption id="attachment_60296" align="alignleft" width="300"] Vəzifədə olan Keniya prezidenti məhkəməyə çıxarılır[/caption]
Kenya prezidenti Uhuru Kenyatta vəzifədə olan ilk ölkə prezidentidir ki, Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılır.
Kenyatta Haaqa məhkəməsinə çağırılıb ki, 2007-2008-ci illərdə seçkidənsonrakı qanlı hadisələrdə onun əli olması haqda suallara vavab versin.
Kenyatta insanlıq əleyhinə cvinayətlərdə ittiham olunur.
Məhkəmənin prokuroru Fathou Bensouda keçən ay məhkəmənin təxirə salınmasını istəmişdi. O demişdi ki, Keniyada həmin zorakılığa işıq sala biləcək sənədləri Keniya hökuməti aradan götürür.
Hakimlər bu cinayət işinə xitam verəcəklər yoxsa onu məhkəməyə göndərəcəklər – bu barədə qərar bir qədər gec veriləcək. /AzadlıqRadiosu


Şərhlər