Menu

Kafe və restoranlarda xidmət tam bərpa edilir

04.09.2020, 18:39
Kafe və restoranlarda xidmət tam bərpa edilir

Azərbaycanda ictimai iaşə obyektlərinin - kafe və restoranların fəaliyyətinə qadağa aradan götürülür. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında belə bildirilir.

Qeyd edilib ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol