ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifət fəalı, Qarabağ qazisi Tofiq Yaqublunun məhkəmənin hökmü ilə həbs olunmasına və ReAL Partiyasının dövlət qedyiyyatına alınmasına münasibət açıqlayıb.
"AzPolitika.info" xəbər verir ki, səfirliyin "Facebook" səhifəsində yerləşdirilən bəyanatda deyilir: "Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.
ABŞ səfirliyi, bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışlayır".
"AzPolitika.info"


Şərhlər
Onların hər ikisi azad olunmalıdır....
BUTUN AXCP UZVLERININ WERLENMESI ,DUWMAN ELAN OLUNMASI MUAMMALIDIR
Belə dedə mən də deyirəm Qudrət bəy nə olub birdən-birə Tofiq bəyi azad etmək barədə müraciət edib.Tofiq bəy mubarizlik mücəssəməsidir.Gənclərimiz onun kimi böyük iradə və mətanət sahibi olmalıdırlar kı, bu millətin hüquqları gədalar tərəfindən tapdalanmasın.Hər gedən vəzifə adamı milyonları yığıb bu dövlətə zərbə vurmaq ücün marağa yatmasınlar.Bunları belə buraxmaq olmaz bir cörəyə möhtac edib buraxmaq lazımdı.
Təkcə Tofiq Yaqublunun yox,həm də Fuad Qəhrəmanlının həbsi qınanılmalıdır.