Menu

CAHANGİR ƏSGƏROV 47 MİN MANATLIQ GÜL KOMPOZİSİYASI ALIB - “Hotes Group” MMC -dən

05.09.2020, 14:35
CAHANGİR ƏSGƏROV 47 MİN MANATLIQ GÜL KOMPOZİSİYASI ALIB - “Hotes Group” MMC -dən

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 47 250 AZN-nə gül kompozisiyası alır.Yenisabah.az xəbər verir ki, qurum bu məqsədlə “Hotes Group” MMC ilə müqavilə bağlayıb.

Sözügedən MMC bir ildir fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Hotes Group” MMC 24 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi (Daş karxana) ev 515-də yerləşən MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ramil Vahid oğludur.

Açıq mənbələrdə nə Ramil Allahverdiyev, nə də “Hotes Group” MMC haqqında məlumat var. Bu da təbiidir. Çünki qeyd etdiyimiz kimi şirkət yeni yaranıb. Lakin AZAL-ın yeni yaranan bu şirkətə sevgisinin nədən qaynaqlandığı bəlli deyil. Adətən tenderlərdə sifarişçilər uzun illər fəaliyyəti olan, təcrübəli şirkətlərə üstünlük verirlər. AZAL fərqli yanaşma sərgiləyib.

47 250 AZN-ə gül kompozisiyasının hansı məqsədlə alınması da bəlli deyil.

Prezident İlham Əliyev bir müddət əvvəl AZAL-ın fəaliyyətini tənqid etmişdi. Ölkə başçısı bu quruma dövlət büdcəsindən yatırımlar qoyulsa da, onun divident vermədiyini bildirmişdi.

Şərhlər

Şahin Cəfərov. 2020-09-07 11:59:22

Mən yeni Xarici işlər nazirinə xaricdən gətirilən ermənilərin Qarabağda məskunlaşdırılmasının qarşısını almaq üçün retsep vermək istəyirəm. XİN-yi bütün dünyaya və ermənilərə yüksək tribunadan bəyan etməlidir ki, Qarabağ özümüzə qayıtdıqdan sonra 1989-cu ildən sonra Qarabağa köçən bütün insanla, milliyətindən asılı olmayaraq deportasiya ediləcəklər.

Roma 2020-09-06 10:14:52

Vətəndaş-a...çox düzgün qeyd eləmisən..."Ölkənin xalqın ən böyük sütrateji bir neçə obyektindən birini görün kim işğal edib. Milliyətini də bilmək olmur ki,kimdir. O məlumdur ki, dilimizə millətimizə nifrət edir." Ancaq bu millətin hesabına padşah kimi yaşayır. Bəzən belələrini görəndə fikirləşirəm ana dilini düz-əməlli bilməyən dövlətə heç nə verməyən, ancaq ondan bəhrələnən bunu niyə işdən azad etmirlər...

cahangirə 2020-09-05 20:17:09

əcəbdi, malades

Vətəndaş 2020-09-05 18:54:39

Ölkənin xalqın ən böyük sütrateji bir neçə obyektindən birini görün kim işğal edib. Milliyətini də bilmək olmur ki,kimdir. O məlumdur ki, dilimizə millətimizə nifrət edir.

omar 2020-09-05 17:50:42

47000 min manat gülə pul verən,qurum əlbəttə səmərə ilə işləməyəcək.Cahangir yenə kefdədir,"Moy AZal,moye boqatstvo".

Əski kolxozçu 2020-09-05 16:22:03

Əcəb mülahizə? Hər uçaq üçün dövlətdən yüz milyon alan, Газелли kimi firma quran Əsgərovlar cəmi möhtac olduğu 47 250 azni səhv israf edibmiş?

Roma 2020-09-05 15:33:46

Rəqs edərək (tvist) orta barmağını göstərən Cahangirin "gül kompozisiyası"... Azərbaycan dilində çox "səlis" danışıq qabiliyyəti və s. və i....hamısı onun yüksək səviyyədə "vətənpərvər" olduğunun göstəricisidir...

Cahangir 2020-09-05 14:45:37

Canik üçün bu bir pul deil onum milyarfdları bəlkədə trilyardları var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol