MEHDİYEVİN KÜRƏKƏNİ TOY GÖRÜNTÜLƏRİNƏ GÖRƏ AYSELİ İTTİHAM ETDİ - "Sabotajdır..." + VİDEO

Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

"AzPolitika.info"nun məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib:

"Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".



Вставляется в месте расположения рекламного блока:

Şərhlər

Roma 2020-09-14 10:02:15

Bu da mənim keçmiş də olsa deputatım. Sənə deyirlər qanuna riayət eləmirsən, sənsə qadına "sabotaj" damğası vurursan. Qanun hamı üçün bir olmalıdır, cənab keçmiş deputat...Hərdən özünü də sadə bir insan kimi düşün, məncə sadəlik, cəmiyyətin ümumi kütləsindən fərqlənməməyin özü yaxşı bir xüsusiyyətdir....

Yengibar 2020-09-07 11:17:53

15-20 il bu akademik kürəkənlə bir neçə dəfə görüşmüşdüm.Ciddi sözümdür, hər dəfə də onun məntiqli, gözəl, səlis nitq mədəniyyətinə heyran qalırdım. İndi qulaq asıram danıçdıqlarına, o adamdan əsər əlamət yoxdur, heç küçə uşağı da belə danışmaz. Qərəzli video nədir? Video elə gerçəkliyin özüdür, ay akademik kürəkən, yəni reallığın aynası. Adam nə var onu paylaşıb, bəlkə sizin əvəzinizə aktyorlar olub orda?

vəli 2020-09-07 09:05:42

Aysel gündəmə bomba kimi düşməyin yeni üsulunu kəşf etdi.Amma Murad onu bir də toya aparmaga TÖVBƏ edər....

Gözəl fotkalar 2020-09-07 02:33:17

Respirator taxılmasa da ara məsafələr görünür. Virusa qarşı əsas texniki şərt saxlanmış görünür?

Vətəndaş 2020-09-06 13:55:56

Kərbalayı İsmayıl demişkən Sabotaj nədi əəəə?

Kərbəlayi İsmayıl 2020-09-06 13:42:54

Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır". Düşünmək lazım deyil. Bunu Murad Adıgözəlovdan soruşmaq lazımdır.

Aborigen 2020-09-06 13:17:10

Bu şəkildəkidi aysel teymurzadə?

Doğru 2020-09-06 13:15:15

Maraqlıdı.bəs sizin yığdıqlarınızın adı nədir? Xalqı diz üstə çökdürün sonra da deyin ki bizə sabataj edirlər.Ayseldən başqa 50 nəfər şəkib. Bu da sabatajdır?

BAKILI 2020-09-06 13:01:09

Kerbalayi demiw sabataj nedir ala

Son yazılar