Menu

Prezident Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcək

08.10.2014, 17:49
Prezident Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcək

Keniya Prezidenti Beynəlxalq Cinayət Məhkəməsi qarşısında dayanacaq. Keniya Prezidenti Uxuru Keniata insanlığa qarşı cinayət törətməklə bağlı üş üzrə dinləmələrdə cavabdeh qismində iştirak etmək üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə gəlib. Trend-in verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.

Məlumatda deyilir ki, bu, fəaliyyətdə olan dövlət başçısının təqsirkar şəxs kimi məhkəmə dinləmələrində iştirak etdiyi ilk haldır. Məhkəmədə prokurorlar U.Keniatanu insanlığa qarşı cinayətlərdə ittiham edirlər. Onların sözlərinə görə, 2007-ci il seçkilərindəki məğlubiyyətdən sonra Prezident ölkədə zorakılıq kampaniyasına başlayıb və təqribən 1,5 min insan bunun qurbanı olub. Keniya Prezidenti ittihamları rədd edərək onları siyasi motivli hesab edir və ona qarşı işin bağlanmasını tələb edir. Qeyd edək ki, U.Keniata 2013-cü ilin martında Keniyada keçirilən seçkilərdə qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol