Menu

Çin iqtisadiyyatının bərpası davam edir - Drayver xidmət sektorudur

08.09.2020, 00:09
Çin iqtisadiyyatının bərpası davam edir - Drayver xidmət sektorudur

Avqust ayı göstərdi ki, Çinin iqtisadiyyatı dayanıqlı şəkildə bərpa olunur.

Dünyanın ikinci iqtiasadiyatının drayveri başlıca olaraq, yayın axırlarında xidmət sektoru oldu. Onun aktivliyi 2018-ci ilin əvvəlindən sonra ən yüksək həddə yüksəlib. Xidmət sektoru böyük uğurla istehsal sektorundakı yavaşımaları kompensasiya edə bilib. Bu barədə «Bloomberq» yazıb.

Çin Xalq Respublikası (ÇXR) Milli statistka bürosunun xəbər verdiyi kimi, Çinin qeyri-istehsal sektorunun PMİ işgüzar aktivlik indeksi avqust ayında iyulla (54,2) müqayisədə 56,2-yə yüksəlib. 50-dən yuxarı PMİ iqtisadi artmasından xəbər verir. Cari ilin birinci rübündəki sürətli enmədən sonra, Səmaaltı ölkənin iqtisadiyatının bərpası avqustda davam edib. Koronavirus məhdudiyyətlərinin yumşaldılması ilə ümumilikdə, məsələn, kinoteatrların açılması ilə xidmət sferası qalxmağa başlayıb.

«İstehsal və qeyri-istehsal sektorlarında işgüzar aktivlik indeksinin stabilləşməsi gözlənilir» - bunu Şanxaydakı «Bank of Communications»-in iqtisadçısı Lyu Syueçji proqnoz edir.

Sənaye mallarına olan tələbatın artmasına və yeni sifarişlərin çoxalmasına (52 faizə qədər), yeni ixrac sifarişlərinin 49,1-ə çatmasına baxmayaraq, biznes hələ də tələbat defisitinin təzyiqini hiss edir.

«Tələbatın bərpa ahəngi istehsalın bərpası ahəngindən geri qalır və bu geriqalma bütün iqtisadiyyatın bərpasını yavaşıdır» - «China Logistics Information Center»-in bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, belə situasiya onları ehtiyatlı olmağa və istehsalın gələcək genişlənməsi istiqamətində tələsməməyə məcbur edir. «Biz, bərpanın davamını, daxili tələbatın kiçicik artımlarını və gələcəkdə xarici iqtisadiyyatların açılmasını gözləyirik. Hazırda pandemiyaya qədərki artımın bərpası tapşırığı ortaya qoyulur» - «Bloomberq»in iqtsadçısı Çan Şlu danışır.

Bir sıra indikatorlar göstərir ki, Çin iqtisadiyyatının bərpa ahəngi avqusda sürətlənib. Əlverişli amillər arasında istehsal sektorunun və qiymətli kağızlar bazarının bərpasını, biznesin əminliyinin yüksəlməsini və atomobil satışının artmasını göstərmək olar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol