Menu

Prezident Yaşar Əliyevi təltif etdi

08.09.2020, 17:35
Prezident Yaşar Əliyevi təltif etdi

Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

General-leytenant Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini vəzifəsində çalışır.

Bu gün onun 60 yaşı tamam olur.

Xatırladaq ki, Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərinin daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib.

2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

2011-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, bir övladı var.

Şərhlər

t.ədalət 2020-09-09 13:35:28

Görünür,hansısa vəzifəyə hazırlanır.

NAC. RAZD.SEDRINE 2020-09-09 00:04:45

POLIS HARA,HERBI HARA.....TEBRIK EDIREM,MALADES

Anar 2020-09-08 20:06:11

Təbrik etmirəm

Səbuhi 2020-09-08 17:37:53

Təbrik edirəm uğurlar arzulayıram

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol