Menu

Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

10.09.2020, 17:07
Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

“Report”un xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Şərhlər

t.ədalət 2020-09-10 21:57:43

Nə yaxşı ki Avropa İnsan Hüquqları məhkəməsi var.Yoxsa bizimkilər qəfəssiz qala bilməzdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol