Menu

UEFA Türkiyə klubunun cəzasını ləğv edib

10.09.2020, 19:44
UEFA Türkiyə klubunun cəzasını ləğv edib

Türkiyə klubu “Ankaragücü”nün transfer qadağası ləğv olunub.Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisinin prezidenti Fatih Mərt açıqlayıb.

O bildirib ki, transfer qadağasına səbəb olan futbolçuların borcları ödənilib. Bu da UEFA-nın cəzanı ləğv etməsinə şərait yaradıb.
“Transfer həyata keçirmək üçün artıq heç bir problemimiz yoxdur. Anlaşdığımız oyunçuları qeydiyyatdan keçirmək üçün müraciət ünvanlamağa başlamışıq”, - deyə Fatih Mərt bildirib.

Qeyd edək ki, “Ankaragücü” Super Liqanın 1-ci turunda sentyabrın 13-də “Ərzurumspor”u qəbul edəcək.

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol