Menu

Salyanda ev yanı - Sahibi ölüb

10.09.2020, 21:04
Salyanda ev yanı - Sahibi ölüb

Salyan rayonunda yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə Firudin Cəfərova məxsus birmərtəbəli evdə qeydə alınıb.

Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları yanıb. Eyni zamanda ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol