“Fənərbağça” futbolçusu Vedat Muriqinin "Latsio"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Qol.az xəbər verir ki, klubun rəsmi saytı 26 yaşlı hücumçuya görə Roma təmsilçisi ilə danışıq apardıqlarını açıqlayıb.
2019-cu ilin yayında “Fənərbağça”ya transfer edilən Muriqinin klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. Qeyd edək ki, "Sky Sport İtalia" nəşri "Latsio"nun kosovalı forvardla 5 illik müqavilə imzalayacağını yazıb.


Şərhlər