Menu

Elmi-Tədqiqat Travmatologiya - Ortopediya İnstitutu publik hüquqi şəxs olub

11.09.2020, 14:09
Elmi-Tədqiqat Travmatologiya - Ortopediya İnstitutu publik hüquqi şəxs olub

Səhiyyə Nazirliyinə məxsus Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən səhiyyə müəssisəsi 1946-cı ildə Bakı Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutu adı ilə yaradılıb, sonradan adı dəyişdirilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol