Menu

ADR funksioneri saxlanılıb

11.09.2020, 16:01
ADR funksioneri saxlanılıb

Sentyabrın 11-də Bakının Sabail Rayon Məhkəməsi ADR Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Hərəkatının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılıb.

"AzPolitika.info"

Şərhlər

miri 2020-09-11 16:26:54

Bütün Qarabağ qazilərinin tutun. Adını nə istəsəniz qoyun. Əsas odur ki, gözünüz öz nahaqlardan doysun. ı..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol