Menu

Rusiyada daha 5 488 nəfərdə koronavirus aşkarlandı

12.09.2020, 14:39
Rusiyada daha 5 488 nəfərdə koronavirus aşkarlandı

Rusiyada son sutka ərzində daha 5 488 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 057 362-yə çatıb. Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 670 nəfər.

Son bir gündə virusdan həm də 119 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 18 min 484 nəfər olub.

İndiyədək 873 min 535 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dünyada dördüncü yerdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol