Menu

Kaliforniyada polisə hücum zamanı şerifin iki müavini yaralandı

13.09.2020, 10:05
Kaliforniyada polisə hücum zamanı şerifin iki müavini yaralandı

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini şənbə günü silahlı hücum nəticəsində çoxsaylı güllə yaraları alıb. "Report"un məlumatına görə, bu barədə dairə şerifinin ofisi "Twitter"də öz səhifəsindəbildirib.

"Bizim şerifin iki müavini Komptonda (Los-Anceles dairəsində şəhər-red) güllə yaralarıaldı və yerli xəstəxanaya çatdırılıb. Onların ikisi də həyatı uğrunda mübarizə aparmaqda davam edirlər", - xəbərdə deyilir.

Ofisin məlumatına görə, hadisə zərərçəkənlərin patrul avtomobilində əyləşən vaxt baş verib. Bu zaman pusquda dayanan şəxslər onlara hücum ediblər. Şerifin hər iki müavininin vəziyyəti ağırdır, onları cərrahi əməliyyat etmək lazım gəlib.

Patrul avtomobilinə hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol