Menu

ABŞ-da atışma: 2 nəfər ağır yaralandı

13.09.2020, 18:04
ABŞ-da atışma: 2 nəfər ağır yaralandı

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.Bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib.

Məlumatda deyilir: "Şerifimizin iki müavini Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.

Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol