Menu

İranda koronavirusa yoluxanların sayı 400 min nəfəri keçdi

13.09.2020, 19:19
İranda koronavirusa yoluxanların sayı 400 min nəfəri keçdi

İranda ötən sutka ərzində 2 089 nəfər koronavirusa (COVID 19) yoluxub. Virtualaz.org bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da yoluxanların sayı 402 029 nəfərə çatıb: "Virus daşıyıcılarından 3 791 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən 24 saat ərzində 128 nəfər koronavirusdan ölüb. Beləliklə, ölənlərin sayı 23 157 nəfərə yüksəlib.

İranda indiyədək 346 242 nəfər koronavirusdan sağalıb".

Şərhlər

iran mollalarına 2020-09-13 19:32:09

Fikir verin ki, orada mollalara korona dəymir nədənsə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol