Menu

Astarada gəlin qaynatasını bıçaqlayıb

14.09.2020, 08:42
Astarada gəlin qaynatasını bıçaqlayıb

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol